UEFA Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Siyahıda İspaniya "Sevilya"sının oyuçuları Lük de Yonq, Ever Baneqa, Xesus Navas və Jül Kunde yer alıb.
La Liqa təmsilçisinin "İnter"i 3:2 hesabı ilə məğlub etdiyi final oyununda niderlandlı hücumçu 2 qol vurub. Baneqa və Navas hərəyə 1 məhsuldar ötürmə ilə yadda qalıblar. Kunde isə 92 faiz dəqiq ötürmə edib.
Qeyd edək ki, qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Xatırladaq ki, "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasını qazanmaqla özünəməxsus rekordu yeniləyib.
Fanat.Az