"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi" Şimali Makedoniya çempionatının III turunda "Belasika" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Muharrem Bayrami 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışıb.
Oyundan sonra mətbuat nümayəndələrinin önünə çıxan mütəxəssis Avroliqadakı rəqibləri "Neftçi"dən də söz salıb:
"Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Amma vurğulamaq istəyirəm ki, heç bir qələbə asan əldə edilmir, xüsusən də, səfərdə. İlk hissədə 100 faizlik şansımız oldu, dəyərləndirə bilmədik. Qələbə son dəqiqələrdə qazanıldı. Artıq bütün diqqətimizi "Neftçi" ilə keçiriləcək matça yönəldəcəyik. Bu gündən Bakıdakı oyunun hazırlıqlarına başlayırıq".
Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" görüşü 20:00-da başlayacaq.
Fanat.Az