Türkiyənin daha bir klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Bursaspor" bir futbolçusunda testin cavabının pozitiv çıxdığını açıqlayıb.
Sözügedən oyunçunun adı açıqlanmasa da, onun karantinə alındığı vurğulanıb.
Virusa yoluxan futbolçunun həkim müalicəsinə başlanıb.
Fanat.Az