İqor Tudorun "Yuventus”a keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin saytı yayıb. Xorvat mütəxəssis "Yuventus”un yeni baş məşqçisi Andrea Pirlonun köməkçisi təyin edilib.
42 yaşlı mütəxəssis keçmiş komanda yoladşı Pirlonun dəvəti ilə çalışdırdığı "Hayduk" klubundan ayrılıb.
Qeyd edək ki. İ.Tudor 1998-2007-ci illərdə "Yuventus”da çıxış edib. O, "Hayduk”dan başqa PAOK, "Karabükspor”, "Qalatasaray”, "Udenize”ni də çalışdırıb.
Fanat.Az