Türkiyə Super Liqasının 2020/21 mövsümünün püşkatma tarixi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Qurumun Rivadakı milli komandaların təlim-məşq bazasında baş tutacaq mərasim avqustun 26-da Bakı vaxtı ilə 22:00-da keçiriləcək.
Avqustun 27-də isə TFF I liqanın yeni mövsümünün təqvimi bəlli olacaq.
Qeyd edək ki, sentyabrın 12-də startı planlaşdırılan Türkiyə Super Liqasının 2020/21 mövsümündə 21 klub mübarizə aparacaq.
Fanat.Az