"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal komandanın yeni çalışdırıcısı Ronald Kumanın heyətlə bağlı planlarına daxil deyil.
Fanat.Az xəbər verir ki, informasiyanı RAC1 radiosu yayıb.
Kuman artıq Vidalla görüşüb və çilili futbolçudan özünə yeni iş yeri tapmasını xahiş edib.
Qeyd edək ki, "Barsa" ilə olan müqaviləsinin müddəti 2021-ci ildə bitəcək Vidalın xidmətində sabiq klubu - "Yuventus" maraqlıdır. 2011-2015-ci illər aralığında Arturo ilə birlikdə turinlilərin şərəfini qoruyan Andrea Pirlo onu rəhbərlik etdiyi komandada görmək istəyir.
Fanat.Az