Paraqvay məhkəməsi braziliyalı keçmiş futbolçu Ronaldinyo və qardaşı Roberto de Assisin ev dustaqlığından azad edilməsinə qərar verib.
Fanat.Az xəbər verir ki, "ABC Color” qəzetinin yazdığına görə, qardaşların vətənlərinə qayıtmasına icazə verilib, lakin 200 min dollar məbləğində cərimə tətbiq edilib. Məhkəmə pulun koronavirus pandemiyası ilə mübarizəyə sərf olunacağını bildirib.
Xatırladaq ki, Ronaldinyo və qardaşı mart ayında Paraqvayda saxlanılmış və təxminən altı ay idi ki, həbsdə idilər. Onlar saxta sənədlərlə ölkəyə girməkdə ittiham olunurdular.
Fanat.Az