"Zirə”dən ayrılmış qapıçı Orxan Sadıqlının tezliklə yeni klubu məlum olacaq.
Fanat.Az xəbər verir ki, "Xəzər-Lənkəran”ın yetirməsi olan futbolçu ilə "Səbail” maraqlanır. Qapı xəttində problemi olan paytaxt təmsilçisi məhz Orxanın transferi ilə bu boşluğu doldurmaq istəyir.
Hazırda danışıqlar davam edir və yaxın günlərdə qolkiperin "Səbail”ə keçidi həll olunacağı bildirilir.
Fanat.Az