Helikopter qəzasında həlak olan NBA əfsanəsi Kobe Brayantın doğum günü olub.
Fanat.Az xəbər verir ki, həyat yoldaşı Venessa Braynt mərhum basketbolçunun doğum günündə paylaşdığı mesajla hər kəsi kövrəldib.
"Doğum günün mübarək. Sənin üçün açıqlaya bilməyəcəyim qədər darıxıram. Qianna ilə birlikdə burda olmağınızı və doğum gününü qeyd etməyimizi çox arzulayıram. Gülüşünü və qucaqlamalarını xəyal edirəm. İkiniz üçün də çox darıxıram. Həyatlarımız sizin yoxluğunuzda çox anlamsızdı. Mənəvi cəhətdən çökmüş vəziyyətdəyəm" deyə Venessa Braynt yazıb.
Qeyd edək ki, Kobe Brayant və 13 yaşlı qızı Qianna bu ilin yanvarında baş verən helikopter qəzasında həlak olub. Mərhum basketbolçu yaşasaydı, 42 yaşını qeyd edəcəkdi.
Fanat.Az