"Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi - Şimali Makedoniyanın "Şkendiya” Azərbaycana ciddi itki ilə gələcək.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Xəbərdə komandanın aparıcı oyunçularından Armend Alimin koronavirusa yoluxduğu bildirilib. Bu üzdən də o, qarşıdakı matçda Tetovo təmsilçisinə kömək edə bilməyəcək. Futbolçuda xəstəliyin simptomları hiss olunmasa da, o, öz evində karantinə alınıb.
Qeyd edək ki, avqustun 27-də "Sumqayıt”ın stadionunda keçiriləcək "Şkendiya” ilə oyuna saat 20:00-da start veriləcək.
Fanat.Az