"Barselona"nın kapitanı Lionel Messi yeni baş məşqçi Ronald Kumanla söhbətdən sonra klubdan getmək fikrinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilib ki, 33 yaşlı hücumçu niderlandlı mütəxəssislə mövcud durumu müzakirə edəndən sonra gələcəyi ilə barədə qəti qərar verib.
Mənbəyə inansaq, Kuman Messiyə "Komandada heç kimə güzəşt etməyəcəm. "Barselona" üçün bacardığından da artığını etməlisən. Əmin edirəm ki, qərarımda qətiyəm, bu barədə düşünməlisən" deyib. Baş məşqçinin söylədiklərindən pərt olan argentinalı ona sərt cavab qaytarmasa da, klubdan ayrılmağa qərar verib.
Ardından Messinin kluba faks göndərdiyi və müddəti 2021-ci ilin yayında bitəcək müqaviləsini birtərəfli qaydada pozmaq hüququndan istifadə etmək istədiyini vurğulanıb.
Qeyd edək ki, dünən axşam saatlarında İspaniyanın idman mətbuatı baş verənlərə görə təcili iclas çağıran "Barselona" rəhbərliyinin oyunçunu saxlamağa çalışdığı ilə bağlı xəbərlər yaymışdı.
Fanat.Az