"Barselona” büro-faks vasitəsilə yeni bir mesaj alıb.
Fanat.Az xəbər verir ki, mesajı Kataloniya komandasının keçmiş məşqçisi Kike Setyenin vəkilləri göndərib. Mesajda "Barselona”dan Setyen və klub arasındakı əməkdaşlığın dayandırılmasını qanuni şəkildə rəsmiləşdirəcək bir bildiriş istənilib.
Hazırda nə Setyen özü, nə də köməkçiləri özləri üçün yeni bir komanda axtara bilməzlər, çünki işdən azad olunmaları barədə rəsmi məlumat verilməyib.
Qeyd edilir ki, eks-baş məşqçinin nümayəndələrindən sorğu alan "Barselona" "vaxtında və qaydasında" cavab verməyə hazırlaşır.
Fanat.Az