Şimali Makedoniyanın "Şkendiya” komandasının kapitanı Eqzon Beytulay Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, bu gün Sumqayıtda baş tutan mətbuat konfransında belə danışıb:
"Bu oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. Rəqibimiz yetərincə güclüdür. Amma biz daha güclüyük. Komanda şəklində oyun sərgiləyərək, mərhələ keçməyə çalışacağıq”.
26 yaşlı futbolçu bildirib ki, avrokubok təcrübəsindən əlavə, hazırlıq səviyyələri onlara mərhələ adlamaqda yardımçı ola bilər:
"Sumqayıt"ın evdə oynamasının üstünlük olduğunu deməklə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Oyun 90 dəqiqədir və hamının imkanları bərabərdir. Hazırlıq səviyyəmiz və avrokubok təcrübəmizi üstünlüyümüz sayırıq".
Qeyd edək ki, sabah "Sumqayıt Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçına saat 20:00-da start veriləcək.
Fanat.Az