"Çelsi” klubunun heyətində koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, komandanın 4 futbolçusu virusa yoluxub.
Klub tərəfindən onların adı açıqlanmasa da, müdafiəçi Fikayo Tomori, yarımmüdafiəçilər Meyson Maunt, Kristian Pulişiç və hücumçu Temmi Abrahamın olduğu iddia olunur.
Yunanıstanda yerləşən Mikonos adasında istirahətdə olan futbolçular özlərini təcrid edib və evdə karantin şəraitində qalırlar.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2020/21 mövsümü sentyabrın 12-də başlayacaq.
Fanat.Az