İtaliya A seriyasında 2020/21 mövsümünün startı təxirə salına bilər.
Fanat.Az xəbər verir ki, bununla bağlı olaraq klublar ölkənin futbol federasiyasına müraciət ediblər.
Onlar sentyabrın 12-də başlaması planlaşdırılan mövsümün bir həftə sonraya – sentyabrın 19-na keçirilməsini xahiş ediblər.
Qeyd edək ki, İtaliya A seriyasında 2019/20 mövsümünün çempionu "Yuventus” olub.
Fanat.Az