00:25 28.08.2020 1139

Yunis Hüseynov: "Futbolçularımız özlərinə inanmırdılar"

"Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi” klubuna qarşı keçirdikləri oyunu (0:0, penaltilər 4:5) şərh edib.
 
Fanat.Az xəbər verir ki, matçdan sonrakı mətbuat konfransında Hüseynov bunları söyləyib:
 
- Bu gün qələbə qazanmaq istəyirdik”. Rəqib yaxşı komanda idi, kompakt idilər. Buna baxmayaraq, yaxşı çıxış etdik. Təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Deyərdik ki, onlara qələbəni qapıçıları qazandırdı. İki epizodda qolun vurulmasına mane oldu. Penaltilər isə lotereyadır. Məni narahat edən futbolçularımızda özünəinamın olmaması idi.
 
- Sanki 5-ci penaltini vuranı tapmırdınız... 
- İlkin kapitandır və məsuliyyəti öz üzərinə götürdü. Ona heç nə demədim. Penaltini çox adam vura bilmir. Ona "sağ ol” deyirəm. Penaltilər seriyasına hazır idik, məşqdə bunların üzərində işləmişdik. Təəssüf ki, həmin penalti vurmalı olan oyunçular çəkindilər. Çəkinməsəydilər, qələbə bizim olardı.
 
- Bu inamsızlığa görə futbolçular cəzalanacaq?
- Komandamın oyunundan razı qaldım. 120 dəqiqə yaxşı oyun göstərdik. Yaxşı oynamasaydıq, bir tədbir görərdik. Heç kim uduzmaq istəmir. Həmin oyunçular da bunu istəmirdilər. Sadəcə, özlərinə inanmırdılar. Mənim özümdə də futbolçu vaxtı belə olub. Bu gün penaltilər seriyasında özünə inanan 4 futbolçu var idi. Qorxmaq lazım deyil.
 
- Cavid İmamverdiyevin oyunundan razı qaldınız?
- Cavid hələ tam hazır deyil. Rəqib azlıqda qalanda orta xətdə top saxlayan lazım idi. Cavidi meydana buraxdım ki, topla işləsin. Hələ hazır deyil, oyunundan razı qalmadım.
 
- Kristovao bu mövsüm hücumda tək oynayacaq?
- Silva da hücumçudur, sadəcə hazır deyil. Kim rəqabətdə güclü olacaq, o da meydana çıxacaq.
 
- Rəqibin baş məşqçisi deyib ki, oyun müddətində çoxlu şanslar yarada bilmədiniz. Çempionatda bunun çarəsini tapa biləcəksiniz?
-  Rəqibin baş məşqçisinin nə dediyi mənə maraqlı deyil. Bizim qol epizodlarımızı görməyibsə, eynək taxmalıdır.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

16:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X