"Roma”nın futbolçusu Karles Peres koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.
Sosial şəbəkə hesabı üzərindən paylaşım edən Peres iki gün əvvəl verdiyi koronavirus testinin pozitiv olduğunu bildirib.
Özünü yaxşı hiss edən 22 yaşlı hücumçuda xəstəliyin simptomları yoxdur. O, nəticəsi neqativ olana qədər karantində qalacağını bildirib.
Fanat.Az