UEFA klubların yeni reytinqini açıqlanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. "Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib. "Styaua” (Rumıniya), "Milan” (İtaliya) və "Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.
Bu il avrokuboklarda iştirak etməyən "Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xal var.
Avropa Liqasında "Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən "Neftçi” isə (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.
"Keşlə”, "Sumqayıt”, "Səbail”, "Zirə” və "Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdirlər.
Klubların siyahısına "Bavariya” (Almaniya) başçılıq edir.
Fanat.Az