Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Volqoqrad "Rotor”u ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
Kamran start "11-lik"də meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə fərqlənə bilməyib.
6 tura 3 xal yığan "Ximki” 16 iştirakçı arasında 15-ci pillədə mövqe tutub.
Fanat.Az