"Real Sosyedad"da daha bir nəfər koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, futbolçu Mikel Oyarzabalın testinin nəticəsi pozitiv çıxıb.
Klubun futbolçu və məşqçi heyəti testdən keçib, yalnız kapitanın virusa yoluxduğu müəyyənləşib. Bu səbəbdən 23 yaşlı vinger İspaniyanın Millətlər Liqasının Almaniya (3 sentyabr) və Ukrayna (6 sentyabr) ilə keçiriləcək qrup oyunlarında oynamayacaq. Onu "Vilyarreal"lı Xerard Moreno əvəz edib. Oyarzabal evində karantinə alınıb.
Avqustun ortalarında "Real Sosyedad"ın futbolçusu Aritz Elustondo və klubun iki əməkdaşı koronavirusa yoluxmuşdu.
Fanat.Az