Ötən gün "Barselona" klubununun futbolçuları tibbi müayinədən keçib. Lakin ulduz futbolçu Lionel Messini tibbi müayinədən keçməyə vaxtında gəlməyib.
Buna görə argentinalı hücumçunun cəzalanacağı gözlənilsə də, Kataloniya klubu Messini cəzalandırmamağa qərar verib.
Qeyd edək ki, Messi müqaviləsinin ləğv olunması üçün kluba müraciət edib və mövsümöncəsi təlim-məşq toplanışına qatılmayacağını bildirib. Klub isə futbolçunun komandadan uzaq olduğu hər gün üçün maaşını kəsəcəyini bildirib.
Xatırladaq ki, Lionel Messi "Barselona"dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Fanat.Az