38 yaşlı Zlatan İbrahimoviç "Milan"la yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İsveçli futbolçu ilə başa çatan müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılıb. İbra artıq komandaya qoşulub və məşqlərə başlayıb.
Qeyd edək ki, yanvarda "Milan”a qayıdan forvard son mövsüm 18 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az