İspaniya "Real Sosyedad"ının yeni transferi David Silva koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçinin karantinə alındığı bildirilib.
Qeyd edək ki, İngiltərənin "Mançester Siti" klubundan ayrıldıqdan sonra La Liqa təmsilçisi ilə müqavilə bağlayan Silvanın bu gün təqdimat mərasimi keçirilib.
Fanat.Az