Argentina təmsilçisi "Boka Xuniors"da koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
19 futbolçunun testi müsbət nəticələnib. Klub oyunçuların yenidən testdən keçəcəyini bildirib.
Bu səbəbdən, komandanın məşqləri 72 saatlıq dayandırılıb.
Fanat.Az