Əfsanəvi futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem sosial mediada maraqlı açıqlaması ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, məşhur modelyer öz markasına aid makiyaj məhsullarını həyat yoldaşının üzərində sınaqdan keçirdiyini açıqlayıb.
46 yaşlı xanım məhsullarını yoxlamaq üçün ərinin ideal insan olduğunu qeyd edib.
"O, mənim modelimdir. Devid az əvvəl üz baxım serumunun bitdiyinə dair mesaj atıb. O, bu serumu çox bəyənir", deyə Viktoriya Devidin sirrini açıb.
Fanat.Az