Premyer Liqanın II turuna hazırlığını davam etdirən "Keşlə” ilə "Səbail” yoxlama görüşündə qüvvələrini sınayacaqlar.
Fanat.Az xəbər verir ki, bu komandaların baş məşqçiləri sentyabrın 5-də futbolçularının hazırlıq durumu ilə tanış olacaq.
"ASK Arena”da baş tutacaq "Keşlə” – "Səbail” qarşılaşması saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Premyer Liqanın II turunda "Keşlə” "Qarabağ”ı (11 sentyabr), "Səbail” isə "Zirə”ni (12 sentyabr) qəbul edəcək.
Fanat.Az