"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Türkiyə klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi Fredi heyətinə qatmağı hədəfləyir.
"Cim-bom" Braziliya millisinin üzvünü birillik icarəyə götürməyi planlaşdırır və yaxın günlərdə İngiltərə klubu ilə rəsmi danışıqlara başlanılacaq. Orta sahəyə yeni oyunçu almağa çalışan "qırmızı şeytanlar"ın istəyi baş tutsa, o zaman rəhbərlik Fredin "Qalatasaray"a keçidinə etiraz etməyəcək.
Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" oyunu sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək.
Fanat.Az