Azərbaycan millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Lüksemburqla keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi olan Kris Kavanaqaya yan xətt hakimləri Daniel Riçard Kuk və Sian Massey köməkçi olacaq. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq.
Fanat.Az