Türkiyə millisinin və "Qalatasaray"ın sabiq oyunçusu Ümit Karan yenidən futbola qayıdıb.
Sport7.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
Xəbərə görə, 44 yaşlı veteran hücumçu həvəskarlar liqasında çıxış edən "Vefaspor"la anlaşıb. O, yeni komandasında oynayan məşqçi olacaq.
2001-2009-cu illərdə "Qalatasaray"ın formasını geyinmiş Karan məşqçilik karyerası ərzində "Malatyaspor" və "Şkupi" (Şimali Makedoniya) klublarında işləyib.
"Qalatasaray" "Neftçi"nin UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibidir. Bu komandalar arasında oyun sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.
Sport7.az