12:54 03.09.2020 1072

Millimizə yeni futbolçu çağırıldı

Azərbaycan milli komandasının heyətinə yeni futbolçu çağırılıb.

Fanat.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub. Onun adı avqustun 27-də açıqlanmış heyətdə ehtiyat oyunçular arasında göstərilmişdi. 

Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasındakı ilk oyunlarını sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprə qarşı keçirəcək.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X