Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ilin ən məhsuldar futbolçularının siyahısı açıqlayıb.
Fanat.Az xəbər verir ki, cədvəldə ilin arxada qalan hissəsində milli və klub səviyyəsində ümumilikdə 15 və daha çox qol vuranlar yer alıb.
20 futbolçunun adının yer aldığı cədvələ Robert Levandovski başçılıq edir. Son Almaniya çempionu "Bavariya” polşalı hücumçusu 25 qol vurub. O, Bundesliqada 15, ölkə kubokunda 5, avrokuboklarda da 5 dəfə fərqlənib.
Eyni sayda – 25 top vuran Kriştianu Ronaldo yalnız beynəlxalq matçlardakı qol sayının azlığında geri qalır. İtaliya "Yuventus”unun portuqaliyalı ulduzu A seriyasında 21, kubokda 2, avrokuboklarda da 2 dəfə fərqlənib.
İlk "üçlüy”ü Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun mərakeşli futbolçusu Abderrazaq Hamdallah qapayıb. 21 dəfə fərqlənən asiyalı çempionatda 17, ölkə kuboku və qitə miqyaslı turnirlərdə 2 dəfə qol sevinci yaşayıb.
"Barselona”nın argentinalı ulduzu Lionel Messi 16 qolla 17-cidir.
Fanat.Az