Məşhur karikaturaçı Omar Momani millimizin UEFA Millətlər Liqasında Lüksemburq seçməsi ilə keçirəcəyi oyunla bağlı karikatura çəkib.
Fanat.Az xəbər verir ki, rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını, onun üzərində də Azərbaycan bayrağını təsvir edib. Millinin baş məşqçisi Canni De Byazi şah, futbolçular isə qalanı düşməndən qorumağa hazırlaşan döyüşçülər kimi təqdim olunub.
Sentyabrın 5-də keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq.
Fanat.Az