Bu il Rusiyanın Kazan şəhərində keçirilməli olan MDB ölkələri Oyunları təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə Tatarıstanın İdman naziri Vladimir Leonov jurnalistlərə açıqlamasında məlumat verib.
TASS bildirir ki, Leonov təşkilatçıların yarışın 2021-ci ilə qədər təxirə salınması barədə qərar verildiyini bəyan edib.
Qeyd edək ki, MDB ölkələrinin Oyunları 20 - 27 avqustda keçirilməli idi və daha əvvəl sentyabra təxirə salınmışdı. Yarışda Azərbaycan da daxil olmaqla, MDB-nin 11 ölkəsindən yaşı 14 - 23 yaş arası olan 3 500 idmançı iştirak edəcək. Turnirin proqramına 21 idman növü salınıb. Oyunlarda 230 dəst medal sahibini tapacaq.
Fanat.Az