Türkiyənin "Dənizlispor” klubu heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Superliqa klubu rumın qapıçı Kostel Pantilimonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı qolkiperlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Rumıniya yığmasında 27 oyun keçirmiş Pantilimon, karyerası ərzində "Mançester Siti”, "Sanderlend”, "Uotford”, "Deportivo” kimi klublarda forma geyinib. 2018-ci ildən "Nottingem Forest”də çıxış edən qolkiper, bu il "Omoniya”da icarədə də olub.
Fanat.Az