01:00 06.09.2020 1352

Millətlər Liqası: İngiltərə, Fransa və Portuqaliyadan qələbə

UEFA Millətlər Liqasında I turun növbəti oyunlar keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan - Lüksemburq oyunu ilə yanaşı C liqasının 1-ci qrupunda yer alan Cənubi Kipr və Monteneqro yığmaları da üz-üzə gəlib. Millimizin 1:2 hesabı ilə yenildiyi oyunda Monqeneqro səfərdə qələbə qazanıb - 2:0.

A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanın qonağı olub və son dəqiqədə vurulan penalti qolu ilə qalib gəlib. Belçika isə Danimarka iki cavabsız qolla məğlub edib.

Liqanın 3-cü qrupunda Portuqaliya Xorvatiyaya 4:1, Fransa İsveçə 1:0 hesabı ilə qalib gəlib.

C liqasında Şimali Makedoniya evdə Ermənistana qalib gəlib (2:1), Gürcüstan səfərdə Estoniyadan üstün olub (1:0).

D liqasında isə Cəbəllütariq San-Marinonu yenib - 1:0.
 
UEFA Millətlər Liqası
I tur
5 sentyabr
 
A liqası
2-ci qrup
İslandiya – İngiltərə 0:1
Qol: Sterlinq, 90-pen.

Danimarka – Belçika 0:2
Qollar: Denayer, 9. Mertens, 77.

3-cü qrup
Portuqaliya - Xorvatiya 4:1
Qollar: Kanselo, 41. Jota, 58. Feliks, 70. Silva, 90+5 - Petkoviç, 90+1.
 
İsveç - Fransa 0:1
Qol: Mbappe, 41.

C liqası
1-ci qrup
Azərbaycan – Lüksemburq 1:2
Qollar: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48 (avtoqol). Gerson Rodriges, 72-pen.

Cənubi Kipr – Monteneqro 0:2
Qollar: Yovetiç, 60; 73. 

2-ci qrup
Şimali Makedoniya – Ermənistan 2:1
Qollar: Alioski, 5. Nestorovski, 38-pen - Barseqyan, 90+4.

Estoniya – Gürcüstan 0:1
Qol: Katçavara, 32.

D liqası
2-ci qrup
Cəbəllütariq – San-Marino 1:0
Qol: Torilla, 42.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X