UEFA Millətlər Liqasının B liqasının II turunda keçirilməli olan Çexiya - Şotlandiya oyunu baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının nümayəndəsi Mixal Yurman məlumat yayıb.
O, jurnalistlərə açıqlamasında yığmanın heyətində koronavirusa 2 yoluxma halı qeydə alındığından komandanın sözügedən matçda iştirak etməməsinə qərar verildiyi deyib.
Qeyd edək ki, görüş sentyabrın 7-də Olomuts şəhərində oynanılmalı idi. Çexiya ilk turda səfərdə Slovakiyanı 3:1 hesabı ilə məğlub edib.
Fanat.Az