Milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilədən istifadə edən "Zirə” bu gün yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Qəbələ” ilə qarşılaşıb. Zirə İdman Kompleksində keçirilən qarşılaşmada "Zirə" 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu komandalar arasında Azərbaycan Premyer Liqasının 1-ci turunda keçirilən matç 1:1 hesabı ilə başa çatıb.
Yoxlama oyunu
Zirə - Qəbələ 3:1
Qollar: Şəhriyar Rəhimov, 28. Ağabala Ramazanov, 75. Rangel da Silva, 79-pen .- Roman Hüseynov, 38.
Fanat.Az