"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Dimitrios Çantakiasla anlaşıb. 25 yaşlı yunanıstanlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçunun son iş yeri Bolqarıstanın "Çerno More" klubu olub. Çantakias daha əvvəl ölkəsinin "Panetolikos", "Fokiko” və "Kerkira” klublarının da şərəfini qoruyub.
Fanat.Az