18:58 05.09.2020 1828

Səmədağa Şıxlarovun yubileyinə...

Uşaqlıqdan sevə-sevə izlədiyimiz usta futbolçularımızdan biri Səmədağa Şıxlarov olub. Demək olar SSRİ millisinin heyətinə sahib "Spartak"ın qapısına vurduğu qollar indi də göz önündədir. Uzun illər keçdikdən sonra dəyərli futbolçumuzla "Neftçi"də bir yerdə çalışmaq qisməti yaşamışıq.

Səmədağa Şıxlarov legioner deyildi, zamanında "Neftçi"yə Rusiyadan, Türkiyədən, Almaniyadan dəvət edilməmişdi. Neftçalada dünyaya göz açıb Şirvanın "Energetik"ində yetişmişdi. Vaxtilə Sumqayıtın, Gəncə futbolunun da şərəfini layiqincə qoruyub.

Yüksək texnikası, cəldliyi, çevikliyi, yerindən sıçrayışı, rəqibdən çəkinməməsi, keçidləri, cərimə meydanına can atması, əzmkarlığı, mübarizliyi, yer seçimi, qol duyumu ilə yanaşı ötürmələri, vurduğu qollar tribunaları ayağa qaldırırdı. Səmədağa Şıxlarov ruhunda lənglik, arxaya oynamaq anlayışı yox idi...

Öz oyunu ilə diqqəti çəkərək SSRİ olimpiya yığmasına da cəlb edilmiş, SKA Kiyevdə də oynamışdı. Hərbi xidmət adıyla "Neftçi"yə belə zərbələr çox vurulurdu. Stabil heyəti qoruyub saxlamaq mümkünsüzə çevrilirdi...

Səmədağa müəllimin futbolçuluğu ilə yanaşı insani keyfiyyətləri də üst səviyyədədir. Avropada/Çexiyada da çıxış etməsi, uzun illər güclülər dəstəsindəki mövqeyi, usta futbolçumuzu dəyişməmişdi. Bu günə kimi də öz sadəliyini, böyüklüyünü qoruyub saxlayır...

Səmədağa Şıxlarovun xəmiri milli ruhda yoğrulub. Bütün dünyanı gəzib dolaşsa da, Vətənə, torpağa, xalqa sevgisi tükənməzdi.
Ağrılı-acılı günlərə baxmayaraq, hər zaman haqqın tərəfindədir, sözünü deyir, gənclərə qayğı göstərir, nümunə olur...

Səmədağa müəllim sözün dəyərini bilən əsl Azərbaycan oğludur. Ustad futbolçumuz ölkə futbolunda ən azından özü səviyyəsində hücumçular görmək istəyir. O futbolçular, istedadlar yox da deyil. Necə ola bilər ki, vaxtilə Neftçala, Şirvandan, digər bölgələrdən layiqli futbolçular yetişsin, bu gün olmasın?!

Zaman, vaxt tez keçir. 40 il öncə Van Basten(lər) kimi Dasayevin qapısına qollar vurmuş Səmədağa Şıxlarov artıq 65-i haqlayıb. Gənclik həvəsilə yenidən "Neftçi"ni, ölkə futbolunu layiq olduğu yerlərdə görməyi arzulayır...

Hücum xəttində A.Banişevski, R.Əlizadə, N.Smolnikov, F.Cavadov, Elb.Abbasov, S.Şıxlarov, İs.Cavadov, M.Əhmədov... Hamısı da Azərbaycan futbol məktəbinin yetirmələri...

Hücumçulara, nəsil dəyişməsinə diqqət edin. İndi "Neftçi", milli bir layiqli, keyfiyyətli hücumçu tapa bilmir. Səmədağa Şıxlarov kimi futbolçulara Azərbaycanın böyük ehtiyacı var...

"Neftçi"də məşqçilik edərkən öz alicənablığı, hörməti, qayğıkeşliyi ilə seçilirdi. Yaşından, vəzifəsindən asılı olmayaraq böyüklə-böyük, kiçiklə-kiçik idi. Səmədağa müəllim əsl azərbaycanlı təravəti ilə ətrafa nur saçırdı...

Nurunuz, ruhunuz Azərbaycan futbolundan əskik olmasın, gözəl, sadə, böyük futbol dəyərini bilən, özünə, ətrafına hörmət edən, baş əyməyən əsl usta!

65 illik yubileyiniz mübarək olsun, Səmədağa müəllim!

Daha böyük yubileylər, xoş günlər, can sağlığı arzusu ilə...

Tahir Süleymanov
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:03

Azərbaycan Kuboku: "Zirə" finalda, "Neftçi" "Qarabaĝ"a uduzur- YENİLƏNİR

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X