14:15 06.09.2020 1276

"Mübarizəsiz məğlubiyyət acı gəlir" - ŞƏRH

"Dünənki oyun futbolumuz üçün neqativ keçən gecələrdən biri oldu. Bir məşqçinin, bir komandanın oyun zamanı başına gələ biləcək bütün pis hallar hamısı baş verdi. Qırmızı vərəqə, avtoqol, penalti, hamısını gördük. "

Bu sözləri Fanat.Az-a futbol mütəxəssisi Zaur Həşimov millimizin Lüksemburqla oyununu şəhr edərkən deyib. 

O, 1:2 hesabı ilə məğlub olduğumuz rəqib və yenilginin memarı olar futbolçularımız barədə fikirlərinə belə davam edib:

"Onu qeyd edim ki, Lüksemburq ərazisinə görə "cırtdan" ölkə olsa da, futbolunu kiçiltmək olmaz. Çünki liqalarında 14 komanda çıxış edir. Hətta komandaları artıq Avroliqada qrup mərhələsinə belə yüksəlir. Milli komanda səviyyəsində də inkişaf edirlər. Avropanın bir neçə olkəsində oynayan futbolçuları var. Ancaq bunlar dünənki məğlubiyyətə haqq qazandırmır. Çünki komandamız nə psixoloji olaraq, nə fiziki olaraq oyuna hazır deyildi. Bunun nəticəsində də məğlub olduq. Düzdü, məğlubiyyət ola bilər, bundan heç kim sığortalanmayıb. Ancaq nəzərə alsaq ki, rəqib Lüksemburq idi, mübarizəsiz məğlubiyyət acı gəlir". 
 
Qeyd edək ki, UEFA Millətlər Liqasının I turunda keçirilən Azərbaycan - Lüksemburq matçı baş məşqçimiz Canni De Byazinin yığmanın postunda debüt oyunu idi. 
 
Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X