UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçiriləcək matç üçün hakim təyinatları müəyyənləşib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensiyə Devid Makqişi və Qrimi Stüart yan xətt, Euan Anderson isə dördüncü hakim qismində kömək edəcək. UEFA nümayəndəsi ukraynalı Svetlana Şkil, hakim-inspektor isə albaniyalı Sokol Jaresi olacaq.
Qeyd edək ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.
Fanat.Az