Millimizin Lüksemburqa məğlub olması ictimaiyyəti həm komandadan, həm də AFFA-dan kəskin şəkildə narazı salıb.
Sport7.az-ın əldə etdiyi məlumata görə ölkənin müxtəlif yerlərindən etiraz səsləri ucalmağa başlayıb. Bakı ilə yanaşı Gəncədən və bir sıra bölgələrdən də AFFA-ya müraciətlər edilməsi planlaşdırılır. Futbolumuzun hazırkı duruma etiraz edənlər arasında veteranlar var. Ölkənin tanınmış məşqçilərinin əksəriyyəti də AFFA-ya müraciət etməklə etirazlarını çatdırır.
Etirazlara səbəb olan məqamlar təkcə millinin rəzil məğlubiyyəti ilə bağlı deyil. Ölkədə uşaq futbolunun inkişaf etməməsi, Premyer Liqa komandalarının əksəriyyətinin Bakını təmsil etməməsi, AFFA-nın bölgələrdə futbola diqqət yetirməməsi, təcrübəli veteranların futboldan kənarda saxlanılması, onlara iş verilməməsi də artıq futbol ictimaiyyətini hiddətləndirib.
Bütün bunlarla yanaşı əsas tələblərdən biri Elxan Məmmədovun vəzifəsindən, ümumiyyətlə AFFA-dan getməsi, ətrafındakı dost-tanışlarının da futbolumuzun yaxasından düşməsi və futbolumuza məhz futbol adamlarının başçılıq etməsidi. Futbolumuzun hazırkı durumu artıq aylarla susan insanları da hövsələsindən çıxarıb. Bu üzdən yavaş-yavaş veteranlar ayağa qalxmaq, AFFA-ya müraciət ünvanlamaq niyyətindədi.
Fanat.Az