17:20 07.09.2020 1596

Klubsuz qalan azərbaycanlı futbolçular - SİYAHI

Azərbaycan Premyer Liqasında yeni mövsüm başlasa da, yerli futbolçular arasında klubsuz olanlar da az deyil.

Azad agent statusu olan oyunçular Vaqif Cavadov, Araz Abdullayev, İlqar Qurbanov, Amil Yunanov, Orxan Sadıqlı, Bəxtiyar Həsənalızadə, Cavid Tağıyev, Vadim Abdullayev, Aqşin Qurbanlı və Nicat Süleymanovdur.

Karyerası ərzində bir çox ölkələrdə və klublarda forma geyinən Vaqif Cavadov 2019-cu ilin yanvarından klubsuzdur. Millimizin sabiq futbolçusu əvvəllər CSKA, "Qarabağ", "Tvente", "Volqa", "Bakı", "Xəzər-Lənkəran", "Qəbələ", "Qaziantep", "Boluspor" və AZAL-da forma geyinib. Cavadovun son klubu "Keşlə" olub. Onun transfer dəyəri 600 000 avrodur.

Milli komandamızın üzvü Araz Abdullayev də klubsuz olan futbolçular siyahısındadır. Karyerası boyunca "Neftçi", "Everton", "Panionios”, "Qəbələ” və "Anorthosis”da çıxış edən Abdullayevin son klubu "Qarabağ” olub. Mövsümün sonunda Ağdam klubu ilə yolları ayrılan futbolçunun transfer dəyəri 300 min avrodur.

34 yaşlı İlqar Qurbanov 2020-ci ilin iyulundan klub tapa bilmir. Türkiyədə "Fənərbağça”, "Sivasspor”, "Boluspor”, "Mersin İdman Yurdu”, Azərbaycanda "Xəzər-Lənkəran”, AZAL, "Qarabağ”, "Qəbələ” və son olaraq "Sumqayıt” klubunda çıxış edib. Müdafiəçinin transfer dəyəri 50 000 avrodur. Yeri gəlmişkən, Qurbanov komanda tapmayacaöı halda karyerasını bitirəcəyini bildirib.

Mövsümün sonunda "Sumqayıt”dan ayrılan Amil Yunanov da klub tapmaqda çətinlik çəkir. Karyerası ərzində Azərbaycan klublarında çıxış edən 27 yaşlı forvard "Sumqayıt”la yanaşı "Qəbələ”, "Neftçala”, "Rəvan”, AZAL, "Keşlə” və digər klubların formasını geyinib. A. Yunanovun transfer dəyəri 250 000 avrodur.

"Xəzər-Lənkəran” klubunun yetirməsi olan Orxan Sadıqlı mövsüm sonunda "Zirə”dən ayrıldıqdan sonra işsizdir. 27 yaşlı qolkiper əvvəllər "İnter”, "Keşlə” və "Sumqayıt” klublarında da çıxış edib. O.Sadıqlının transfer dəyəri 175 000 avrodur.

"Zirə”nin yeni müqavilə təklifini şərtlər qane etmədiyi üçün qəbul etməyən Bəxtiyar Həsənalızadə də klubsuzdur. "Zirə”dən əvvəl "Sumqayıt”ın formasını geyinən Azərbaycan millisinin sabiq futbolçusu karyerasını xaricdə davam etdirmək niyyətindədir. B. Həsənalızadənin transfer dəyəri 275 000 avrodur.

Tovuz futbolunun yetirmələrindən olan Cavid Tağıyevin son klubu "Sabah” olub. Sentyabrın 1-indən klubsuz olan futbolçu əvvəllər "Turan”, AZAL, "Qarabağ”, "Sumqayıt”, "Zirə” klublarında da çıxış edib. C. Tağıyevin transfer dəyəri 150 000 avrodur.

Vadim Abdullayevin son klubu "Sabah” olub. "Bakı”, "Simurq”, "Qəbələ”, "Sumqayıt” və "Şüvəlan” klublarında da top qovan 25 yaşlı oyunçunun transfer dəyəri 100 000 avrodur.

Karyerası ərzində 2 klubun – "Neftçi” və "Səbail”in formasını geyinən Aqşin Qurbanlı mövsüm sonundan etibarən klubsuzdur. Son 2 ili "Səbail” klubunda keçirib. A. Qurbanlının transfer dəyəri 100 000 avrodur.

Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçisi Nicat Süleymanov mövsümün sonunda "Qarabağ”dan ayrıldıqdan sonra azad agentdir. Karyerası ərzində "Qarabağ”dan başqa "Zirə”də forma geyinən oyunçunun transfer dəyəri 250 000 avrodur.

Mənbə: Offsideplus.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X