Daha bir klubumuzun Türkiyəyə gedir. Fanat.az xəbər verir ki, I divizionda çıxış edən "Karvan" qardaş ölkədə təlim-məşq toplanışı keçəcək.
İlk dövrəni 8-ci pillədə bitirən Yevlax klubu əvvəlcə ölkədə hazırlaşacaq. Yanvarın ortalarında Antalyaya yollanacaq komanda qardaş ölkədə 10 gün qalacaq və bir neçə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "Karvan"dan başqa I diviziondan "Araz", "Qaradağ" və "Neftçala"nın da ölkə xaricinə üz tutacağı gözlənilir. Premyer Liqadan isə "Sumqayıt" və "Bakı" istisna olmaqla 8 klub yollanacaq. "Bakı" İspaniyaya gedəcək, "Sumqayıt" ölkədə qalacaq.
Fanat.az