Millimizin kapitanı Maksim Medvedev Lüksemburqla oyundan sonra yaşananlar barədə danışıb.
Fanat.Az xəbər verir ki, Medvedev canlı yayımdakı davranışlarının səbəbini izah edib.
"CBC Sport”un canlı efirində Lüksemburqla oyunla bağlı açıqlama verdikdən sonra futbolçu kanalın əməkdaşına müraciətlə "Necədir? Yaxşı alındı?” demiş və ardınca da gülümsəmişdi. Onun bu davranışları geniş müzakirələrə səbəb olmuşdu.
Kiprə yollanarkən Şəmsəddin Abbasovla görüşən Maksim belə deyib: "Mən məğlubiyyətdən sonra danışmaq istəmirdim. Xanım əməkdaş israrla məni kamera qarşısına dəvət etdi, mən də fikirlərimi söylədim. Daha sonra da həmin xanımdan çıxışımın necə alındığını soruşdum”.
Qeyd edək ki, bu haqda Şəmsəddin Abbasov özü dünən axşam canlı efir zamanı məlumat verib.
Fanat.Az