Millimizin sabiq futbolçusu Cahangir Həsənzadə AFFA-da vəzifəsini dəyişib.
Bu barədə oxu.az-a "Neftçi”, "Qarabağ”, "Xəzər Lənkəran”ın sabiq qolkiperi deyib.
41 yaşlı veteran AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsindən ayrılıb:
"Mən Bernhard Lipertin iyulda AFFA-da texniki direktor vəzifəsindən ayrılmasından sonra bu vəzifəni əvəzedici olaraq icra edirdim. Ötən aydan isə bu vəzifəyə təyin olundum. Bu səbəbdən də Kütləvi Futbol Departamentindən, eləcə də "Səbail” klubunda İdarə Heyətindən çıxdım. Hazırda Kütləvi Futbol Departamentinin rəhbəri yoxdur”.
Yunis Hüseynovun avqustda "Keşlə” klubuna baş məşqçi təyin olunmasından sonra AFFA-nın texniki direktorunun müavini vəzifəsi də boş qalıb. Bu barədə Cahangir Həsənzadə bunu deyib:
"Hələ ki yeni müavin təyin olunması ilə bağlı müzakirə getməyib”.
Fanat.Az