12:50 08.09.2020 1532

"Topa rəqibi çaşdırmaq üçün tullandım" - Adil Nağıyev

"Bugünkü matçda iştirak etməyəcəyəm. Baş məşqçi Canni De Byazi nə qərar veribsə, hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, məsləhət belədir".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan yığmasının futbolçusu Adil Nağıyev UEFA Millətlər Liqasının II turunda Kiprə qarşı səfərdə keçirəcəkləri matçdan əvvəl deyib. 

25 yaşlı müdafiəçi Lüksemburqa 1:2 hesabı ilə uduzduqları görüşdəki səhvinə görə bu qərarın verildiyini bildirib. Nağıyev həmin matçın 72-ci dəqiqəsində penaltiyə səbəb olduğu üçün məyusluq ifadə edib: "O epizod olmasaydı, bəlkə də Lüksemburqla matçda hər şey daha yaxşı alınacaqdı. Futboldur, ani diqqətsizlik oldu. İlk dəfə yığmada rəsmi matçda debür edirdim, həqiqətən təcrübəm çatmadı. Amma nəticə çıxarıb, daha yaxşı olacağıma inanıram".

"Səbail" klubunda çıxış edən oyunçu baş məşqçi Canni De Byazinin qarşılaşmadan sonra ona heç nə demədiyini vurğulayıb. O, azarkeşlərin tənqidini normal qarşıladığını sözlərinə əlavə edib: "Hər kəsi başa düşürəm, azarkeş də istəyir ki, komanda qələbə qazansın. Amma qələbəni bizim qədər heç kim istəyə bilməz. Alınmayanda, alınmır".

Müdafiəçi hansı zərurətdən penalti epizoduna səbəb olması barədə isə bunları deyib: "Rəqib oyunçunu diqqətsiz buraxdım, həmin anda top məni keçirdi. Hiss etdim ki, futbolçu hesabı dəyişdirəcək. Sadəcə, tullanaraq onu çaşdırmaq istədim. Amma top əlimə dəydi. Penaltiyə səbəb olmağıma çox təəssüflənirəm".

Nağıyev Mahir Emrelinin qırmızı vərəqə almaasının da nəticəyə təsir etdiyini söyləyib. O, Emrelidən çox özünün hədəfə alınma səbəbini bilmədiyini vurğulayıb: "Mən öz səhvimə görə pis olmuşam. Debüt matçımda belə olmamalı idi. Həyat davam edir, hər səhvlə karyera bitəsi deyil. Səhvimdən ciddi nəticə çıxarmalı və daha yaxşısını etməliyəm. Azarkeşlərin tənqidi normaldır. Yerimdə olsalar, başa düşərlər. Məni, yəqin ki, penalti epizoduna görə daha çox hədəfə alıblar. Lakin növbəti oyunlarda hər şey dəyişə bilər. Klubumda daha yaxşı oynayıb, yenidən dəvət alacağıma inanıram".

Futbolçu Lüksemburqla oyundan sonra komanda yoldaşlarının ona təsəlli verdiklərini vurğulayıb. O, evdə Lüksemburqa uduzmalarına rəğmən, hazırda yığmada ab-havanın yaxşı olduğunu və Kiprlə görüşdə yalnız uğurlu nəticə qazanacaqlarına ümid etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X