"Barselona" prezidenti Sandro Rossel "PSJ"nin oyunçusu Tiaqo Silvanın transferini düşünmədiklərini bildirib.
İdman24.az xəbər verir ki, Rossel mövzu ilə əlaqədar olaraq "Biz "PSJ" ilə bununla bağlı görüşmədik. Oyunçunun oradakı qazancı çox böyükdür. Onu verə bilərik. Amma bizdə bəzi problemlər yaranar", deyib.
İdman24.az