Nikolay Adamın U-19 yığmasına gətirilməsindən sonra U-17-də vakant qalmış postun sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına bundan sonra millimizin və “Neftçi”nin sabiq üzvü Mirbağır İsayev rəhbərlik edəcək.
Çalışdırıcı yeni ildən işə rəsmən başlayacaq. İsayev vaxtilə “Neftçi”nin əvəzedici heyətinə, “Abşeron” və “Kəpəz” klublarına rəhbərlik edib.
futbol11.az