"Bavariya"ın heyətində avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "tvitter" səhifəsi məlumat yayıb.
Xəbərə görə, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, komandanın qapıçısı Manuel Noyer ən yaxşı seçilib.
Qeyd edək ki, ötən ay Çempionlar Liqasının 4 oyununda iştirak edən 34 yaşlı əlcək ustası 3 qol buraxıb, yarımfinalda və finalda isə qapısını toxunulmaz saxlayıb.
Fanat.Az